Ağırlıqqaldırma ilə məşğul olmağa yeni başlayanların əksəriyyətini maraqlandıran suallardan biri də proteinin qəbulu ilə bağlıdır.

Proteinlər “Whey”, “İso” və “Casein” olmaqla üç növdə satılır. “Whey”lər, əsasən, əzələ kütləsi əldə etmək, “İso” isə əzələ kütləsini sabit saxlamaq üçün istifadə olunur.

“Casein” proteini digər növlərə nisbətən gec həll olunur. “İso” isə “Whey” proteininin saflaşdırılmış halıdır. Bu səbəbdən də, artıq çəki ilə bağlı problemi olan şəxslər, əsasən, vey proteinin izolyasiya edilmiş formasını (ISO) qəbul edirlər.

İdmanla məşğul olmayan insanın gündəlik normal protein tələbatı kilo başına 0.8 – 1.2 qram, ağırlıqqaldırma ilə məşğul olanlarda isə 1.8 – 2.2 qram düşür.

Toz halında satılan “Whey” proteinini gündəlik 30 qramdan artıq qəbul etmək tövsiyə olunmur. Onu məşqdən əvvəl, sonra və idman zamanı 200-250 ml su ilə qataraq içmək olar.

İnsan bədəni normalda 1 saata 8-9 qram proteini mənimsəyə bilir. “Whey” proteinləri isə 40 dəqiqə ərzində bədənə yayılır. Araşdırmalara görə, qalan 21 qram protein ya azot formasında sidiklə bədəndən çıxır, ya da piy formasında ehtiyat maddə kimi qarın nayihəsində toplanır. Bu səbəbdən proteini 10-10, 15-15 hissələrə bölərək qəbul etməklə həm orqanlara düşən gücü azaltmaq, həm də qəbul edilən proteinin tam formada mənimsənilməsini təmin etmək olar.

(mənbə: precisionnutrition )

Qeyd edək ki, proteindən istifadə zamanı dozanı aşdıqda böyrək, qaraciyər və ürəyə ziyan verir.