Avropa Futbol Assosiasiyası Birliyi (UEFA) klubların maliyyə vəziyyətinə dair məlumatları açıqlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters UK” məlumat yayıb.

UEFA bunun üçün 2017-ci ildəki məlumatlardan istifadə edib. Məlumatlara əsasən, gəlirlərinə görə İngiltərənin “Mançester Yunayted” klubu siyahıda lider olub. “Qırmızı şeytanlar” il ərzində 676 milyon avro qazanıb.

İkinci yeri Madridin “Real” klubu, üçüncü yeri isə Münhen “Bavariya”sı tutub. Ümumilikdə İngiltərə Premyer liqasında çıxış edən 20 komandanın gəliri, yəni 5,3 milyard avro Avropa komandanlarının gəlirinin 25 faizini təşkil edir.

Bununla yanaşı, “Yunayted” azarkeşlərdən əldə edilən qazanc baxımından ən müvəffəqiyyətli klub deyil. Bu siyahıda Fransanın PSJ klubu liderdir. Klub hər bir azarkeşdən 86,9 avro qazanıb. “Mançester Yunayted” bu siyahıda altıncı olub.