Azərbaycan ərazisində 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, səhər bəzi yerlərdə zəif duman olacaq: “Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək”.

G.Məmmədova qeyd edib ki, yanvarın 20-də Azərbaycan rayonlarında da sabah hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq”.

Qeyd edək ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.