Fərhad Çağtürk / AzEuroNews.com ➤ Fevralın 16-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin təşkil etdiyi “Avropada Antisemitizm və İslamofobiya meylləri” adlı beynəlxalq tədbirə dəvət olunan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov tədbirdən öncə Avropa Parlamentinin qarşısında səssiz aksiya keçirib.

AzEuroNews.com xəbər verir ki, əlində Kəlbəcərdən olan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini tutan hüquq müdafiəçisi onlara azadlıq tələb edib. Əhməd Şahidovun dinc aksiyasına müdaxilə edən Avropa Parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşları hüquq müdafiəçisinin aksiyasını yarımçıq kəsiblər. Buna baxmayaraq, Avropa Parlamentinə gələn diolomatlar və qonaqlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini görüb və uzaqdan fotolar çəkiblər. Bir Azərbaycan gənci olaraq, öz borcunu yerinə yetirdiyini deyən Əhməd Şahidov müdaxiləyə baxmayaraq, səssiz aksiyanı baş tutmuş hesab edib və gələcəkdə də Avropanın müxtəlif ölkələrində analoji aksiyaların təşkil ediləcəyini bildirib.