Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyadan keçən Reyn çayında suyun səviyyəsi artıb. AzEuroNews.com xəbər verir ki, keçən il olduğu kimi bu il də çay daşa bilər.

Reyn çayının keçdiyi Bonn, Köln və Köniqvinter kimi şəhərlərdə çayın daşa ehtimalı ilə bağlı tədbirlər görülür.  Bir-iki günə çay suyunun səviyyəsində artım müşahidə edilərsə Reyn sahilindəki iaşə obyektləri bağlanacaq.

Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com

Məlumat üçün qeyd edək ki, ötən il Reyn çayının daşması nəticəsində Şimali Reyn Vestifaliya əyalətindəki bəzi şəhərlərə ziyan dəymişdi.

Köniqsvinter şəhərində tramvay və avtobus xətləri su altında qalmış, otel, mağaza və marketlərin zirzəmilərinə su dolmuşdu.

Foto Arxiv © AzEuroNews.com