Ukrayna əhalisinin sayı 2018-ci ildə 208,8 min nəfər azalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkəni statistika komitəsi məlumat yayıb.

1 dekabr 2018-ci il tarixinə olan göstəriciyə görə, Ukrayna əhalisinin sayı 42,177 milyon nəfər təşkil edib.

Bildirilib ki, ölkədə ölüm halları doğum faizini üstələyib. Belə ki, hər 100 ölümlə müqayisədə 58 doğum faktı qeydə alınıb.