Azərbaycanda buraxılış ili 1995-ci ilə qədər olan xarici avtomobillərin qiyməti bahalaşıb.

AzEuroNews.com Unikal.org-a istinadən xəbər verir ki,  maşın bazarında apardığı araşdırmaya görə, qiymət artımı ən çox “Mercedes” markalı avtomobillərdə qeydə alınır. Belə ki, əvvəllər 1995-ci ilə qədər olan “Opel”, “Hyundai”, “Mercedes” avtomobillərinin  müxtləif növ markalarının qiyməti 2500-4500 min manat arası dəyişirdisə, hazırda bu qiymətlər (mexanika 4500 manat , avtomat 5500 manat) ən azı iki dəfəyədək artıb.

Misal üçün, 1991-ci ilin istehsalı olan “Mercedes 190” markalı avtomobilin qiyməti ötən il, 2500-3500 manat arası idisə, hazırda bu rəqəm 5200 və bəzən də 7000 min manatdan baha müştərilərə təqdim edilir. Həmçinin digər markalı avtomobillərin də qiymətində də eyni artım müşahidə edilir.