Foto © Weingarten/Deutschland / pixabay.com
Foto © Weingarten/Deutschland / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniya hökuməti 62 nəfər Gürcüstan vətəndaşını readmissiya sazişinə uyğun olaraq ölkədən çıxarıb. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Gürcüstan vətəndaşlarını daşıyan təyyarə Leypsiqdən Tiflisə uçub. Həmin şəxslərin hər biri müxtəlif illərdə Almaniyaya sığınacaq üçün müraciət edənlərdir.

Qeyd edək ki, sonuncu dəfə 2018- ci ilin sentyabrında 65 nəfər Gürcüstan vətəndaşı readmissiya sazişinə uyğun olaraq Almaniyadan çıxarılmışdı.