Fərhad Çağtürk / AzEuroNews.com  Batı Yötaland Azərbaycan Evi Birliyinin qərarı və 20 Yanvar Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə Qanlı 20 Yanvarın ildönümünə həsr edilən tədbir keçirilib. AzEuroNews.com xəbər verir ki, Azərbaycanın Milli Himni ilə başlayan tədbiri 20 Yanvar Azərbaycan Kültür Dərnəyinin sədri Cavanşir Cəfərov açmış, şəhidlərin xatirəsinə sayğı  duruşundan sonra qısa bir nitq söyləmiş və 20 Yanvar gecəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Daha sonra çıxış edən Eldar Qaradağlı, Arif Rəhimoğlu, Paşa Ələsgərov, Azər Kazımov və Şəfa Hacıyeva 20 Yanvarın nədənləri, mahiyyəti, dərsləri və Azərbaycan tarixi üçün önəmi məsələlərinə toxunmuş, İsveçdə 20 Yanvarla bağlı görülə biləcək işlərdən, bu yöndə gənclərin rolundan danışıblar. Tədbirdə 20 Yanvarın unudulmaması və nəsildən-nəsilə ötürülə bilməsi üçün bu cür toplantıların hər il keçirilməsi müsbət dəyərləndirilmiş, özəlliklə bu yöndə Azərbaycanın haqq səsini İsveç toplumuna duyurmaq və gerçəkliyi İsveç ictimai rəyinə çatdıra bilmək üçün gənclərin, cavanların boynuna düşən vəzifələr ayrıca vurğulanmışdır.