Səhnə adı “Ququşa” olan mərhum Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova atasının xatirəsinə mahnı ifa edib.

“Fərqanə” agentliyinin bildirdiyinə görə, YouTube videohostinqində peyda olmuş bu videoklipdə səslənən mahnını məhz Gülnarə Kərimovanın ifa etdiyi iddia olunur.

Videoçarxdakı görüntülər Özbəkistanda dövlət müstəqilliyinin elan olunduğu 1991-ciu ilə aid kadrlarla başlayır.