Fərhad Çağtürk / AzEuroNews.com Sovet ordusunun 20 yanvar, 1990-cı il Azərbaycanda törətdiyi qırğınla bağlı vaxtı ilə İğdırda kütləvi mitinq keçirilib. Bu barədə AzEuroNews.com-a Türkiyənin İğdır şəhərində yaşayan, mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycana gələrək, Tibb Univeristetində təhsil alıb ölkəsinə qayıdıb böyük bir əczanə (aptek) açan, iş adamı Allahverdi Karaca məlumat verib.

Allahverdi Karaca
Allahverdi Karaca

Onun sözlərinə görə, İğdır tükləri Azərbaycanda baş verən qanlı faciəyə seyirci qalmayıblar: “Yanvarın 25-i, 1990-cı il, İğdırda yaşayan türklər qətlima etiraz etmək məqsədi ilə meydanlara axışmışdı. Mitinq iştirakçılarının sayı təxminən 20-25 min nəfər idi. Uşaq, böyük, məktəbdə oxuyan şagirdlərdən tutmuş, tarlalarda işləyən kəndlilərə qədər hər kəs səsini, bu qətlimanı dünyaya çatdırmaq üçün mitinq meydanına gəldi. Mitinqin təşkilatçısı rəhmətli İbrahim Bozyel idi. O, mərhum Əbulfəz Elçibəyin çox yaxın dostu, hər zaman Azərbaycan sevdası ilə tanıdığımız biri idi”.

A.Karacanın sözlərinə görə, mitinq çox qısa zamanda həm Türkiyəyə, həm də dünyaya səs saldı.