Fərhad Çağtürk / AzEuroNews.com   İsveçdə “Bütün müsəlmanlar terrorçudur” deyən siyasətçiyə verilən 40 günlük həbs cəzası 1 min kron ilə (190 avro) əvəzlənib. AzEuroNews.com xəbər verir ki, İsveçin Södertälje şəhərində yaşayan və irçqi çıxışları ilə tanına İsveç Demokratlar Partiyasının üzvü İslam dini və müsəlmanları təhqir etdiyi üçün 40 gün həbs cəzasına məhkum edilib.

“Facebook”dakı profilində “Bütün müsəlmanlar terrorçudur” yazan siyasətçi barəsində məhkəməyə müraciət edilib. Södertälje İdarə Məhkəməsi “Nifrət cinayəti” törətdiyi ilə bağlı siyasətçi barəsində 40 gün həbs qərar verib.

Lakin məhkəmə həbs müddətini pul cəriməsinə çevirərək İslam dini və müsəlmanları təhqir edən siyasətçinin 2 min kron (190 avro) ödəməsi ilə bağlı qərar verib.