Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada fəaliyyəti və təbliğatı qadağan oluan PKK teror təşkilat ilə bağlı keçirilən aksiyaya polis müdaxilə edib. AzEuroNews.com xəbər verir ki, Nürenberq şəhərində keçirilən aksiyada bir nəfər PKK lideri, hazırda həbsdə olan Abdullah Öcalanın böyük şəkli olan plakatı qaldırmaq istəyərkən polislər onu saxlayıb.

Məhkəməyə çıxarılan gəncə iki həftəlik həbs cəzası verilib. Eyni zamanda o, 40 saatlıq ictimai işlərə cəlb olunub.

Məlumat üçün bildirək ki, Almaniyada PKK terror təşkilatının fəaliyyəti qadağan olunub. Eyni zamanda PKK-nın təbliğatı ilə məşğul olan şəxslər ölkə qanunları çərçivəsində məsuliyyətə cəlb olunurlar.