Azərbaycanda və Türkiyədə kifayət qədər reytinq qazanan “Eşkiya dünyaya hükümdar olmaz” serialı 3 həftəlik fasilədən sonra ekranlara qayıdır.

“Ölkə.Az” xəbər verir ki, 4 məşhur aktyor yeni seriyalarda tamaşaçıların qarşısına çıxacaq.

Son seriyada da Façalı ailəsinin yeni seriyalarda Çakırbeyli ailəsinə düşmən olacağı bildirilmişdi. Façalı ailəsində kimlərin olacağı isə çox maraqla gözlənilirdi. Artıq siyahı məlum olub.


Turqut Tunçalp

“Merhamet” serialında Moskof Recep adlı içki və pul düşkünü bir ata obrazını canlandıran Tunçalp Façalı ailəsinin üzvlərindən biri olacaq.


Emir Benderlioğlu

39 yaşlı yaraşıqlı aktyor bir sıra seriallarda kamera qarşısına keçib. Fotoqraf, dublyaj, qrafika ilə məşğul olan Benderlioğlu da Façalı ailəsinin bir üzvüdür.


İlhan Şen

“Şahin Tepesi” filmi ilə daha da məşhurlaşan İlhan Şen də “Eşkiya dünyaya hükümdar olmaz” serialına qatılıb. O, 2009-cu ildə “Best Model of Turkey” qalibi olub.


Gözde Okur

Çakırbeyli ailəsinə isə Gözde Okur qatılıb. “Zengin kız fakir oğlan” serialı ilə məşhurlaşan aktrisa Çakırbeyli ailəsinin bir üzvü olacaq.