Bir neçə ay əvvəl qız atası olan Tarkan və həyat yoldaşı barədə yeni iddia ortaya atılıb.

“Ölkə.Az” xəbər verir ki, iddialara əsasən, Tarkan arvadının qısqanclıqlarına dözməyərək evi tərk edib. Meqastar isə bu iddiaları “Xoşbəxtik” deyərək yalanlayıb.

İddialara əsasən, cütlüyün münasibətləri 3 aydır ki, pisləşib. Tarkan və Pınar ayrı-ayrı evlərdə qalırlar. Bu iddiadan sonra Tarkan tərəfdən açıqlama gəlib. Tarkan “Qızımızla birlikdə Almaniyadakı evimizdəyik, çox xoşbəxtik. Ailəmiz də yanımızdadır, problemimiz yoxdur” açıqlamasını verib.

Məlum olub ki, cütlük fevral ayının sonunda İstanbula qayıdacaq.