“WhatsApp” mesajlaşma platforması yanlış informasiyaların yayılmasının qarşısını almaq üçün yeni addım atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, proqramda olan yenilənməyə əsasən, “forward” etmə funksiyası məhdudlaşdırılıb.

Belə ki, bu funksiya zamanı əvvəllər 20 mesajı başqasına ötürmək olurdusa, artıq 5 mesajdan artıq göndərmək mümkün deyil.

Qeyd edək ki, ölkəmizdə də “WhatsApp” vasitəsilə dezinformasiyalar yayılır və bəzən təşvişə səbəb olur.