Foto © Rita Ox / unsplash.com
Foto © Rita Ox / unsplash.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniya “Dublin anlaşması”na görə keçən il 8658 qaçqın və miqrantı digər Avropa ölkələrinə göndərib. AzEuroNews.com xəbər verir ki, deportasiya edilənlərin çoxu İtaliya vizası ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər olub. Onların viza aldıqları ölkə müəyyən olunduqdan sonra sığınacaq istəkləri ilə bağlı baxılan iş dayandırılıb. “Süddeutsche Zeitung“ qəzeti yazır ki, bununla “Dublin anlaşması”na görə Almaniyadan göndərilənlərin sayında rekord qeydə alınıb. Qəzet iddia edir ki,  2017-ci ildə bu anlaşmaya görə, 7102 qaçqın və miqrant ölkədən çıxarılıb.

Qəzetin yazısında qeyd olunur ki, Almaniya 51558 qaçqın və miqrantın “Dublin anlaşması”na görə ölkədən çıxarmaq üçün digər Avropa ölkələrinə müraciət edib.

Qanunsuz miqrasiyaya qarşı mübarizə: DUBLİN SAZİŞİ
Qanunsuz miqrasiyaya qarşı mübarizə: DUBLİN SAZİŞİ

Belə ki, anlaşmanın əsas 3  bəndində nəzərdə tutulub ki, sığınacaq axtaran şəxs hansı ilk Avropa ölkəsinə ayaq basıbsa və ya vizası hansı ölkəyədirsə o ölkə də onun işinə baxmalıdır. Eyni zamanda Almaniyanın anlaşmaya görə göndərmək istədi şəxsləri də həmin ölkələr qəbul edəcək vəziyyətdə olmalıdır.

Qəzet daha sonra yazır ki, müracitlərdən 35375-i barəsində müsbət cavab verilib və həmin şəxsləri qəbul edəcəkləri bildirilib.

Almaniyanın deportasiya etdiyi hər üç qaçqın və miqrantdan biri İtaliyaya göndərilir. 2018-ci ildə isə, sığınacaq axtaranların yarıdan çoxu Yunanıstana, 7205 nəfəri isə digər Avropa Birliyi ölkələrinə göndərilib.