AzEuroNews.com ➤ “Rusiya poçtu”nun təsdiq etdiyi xəbərə görə, ölkənin Poçt adminstrasiyasının xüsusilə kənd massivlərində yerləşən 3 mindən çox şöbəsində keyfiyyətli alkoqollu məhsulların satışı ilə də məşğul olacaqlar. AzEuroNews.com azerpost.az-a istinadən məlumat verir ki, şəhərlərdə  yerləşən şöbələrdə də zəif alkoqollu içkilərin ticarətinə başlanıb. Qurumun bu cür addım atmasına səbəb keyfiyyətsiz alkoqollu içki məhsullarının satışının azaldılmasıdır. Respublikanın milli Poçt operatorunun yaydığı informasiyaya görə “Rusiya poçtu” bu satışlara 2018-ci ildə start verib. Rusiyanın böyük şəhərlərindən olan Kalininqradda isə alkoqollu içki məhsullarının poçt şöbələrində test rejimi üsulu ilə satışına hələ 2014-cü ildə-gəlirlərin arıtılması məqsədilə başlanılıb.

Qeyd edək ki, Murmansk və Sankt-Peterburq poçt şöbələrinə müraciət edən əhali bu addımı narazılıqla qarşılayıb. Adıçəkilən şəhərlərdə pivə satışı dayandırılıb.

Bundan əvvəl, Murmansk vilayətinin qubernatoru Marina Kovtun “Rusiya poçtu”nun şöbələrində dərman satışının həyata keçirilməsini təklif etmişdi. Xanım qubernator pivə satışındansa, dərman satmağın daha faydalı olduğunu söyləmişdi.