Ötən illərdə evinə girən oğruya görə qorxulu anlar yaşayan hadisə mənzilini dəyişmək qərarı alıb.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı daha çox mühafizəçisi olan bir bölgəyə köçməyə hazırlaşır. Hadisə 10 milyonluq bir ev seçib.

Bundan əvvəl müğənni İstinye ərazisindəki evindən Rumelihisarındakı 600 min dollarlıq evinə köçmüşdü. Boğaz mənzərəli evdə tək yaşayan 33 yaşlı sənətçi burada da rahat ola bilməyib.

Hadisənin seçdiyi yeni evi 250 kvadratmetrdir, 4 yataq, bir qonaq otağından ibarətdir. lüks ev üçün Hadisə kredit də götürməyə hazırlaşır.

Qeyd edək ki, pərəstişkarı Hadisənin evinə girmək istəyən zaman polis tərəfindən tutulub.