“Aqrar Xidmətlər Agentliyi dövlət büdcəsinə qənaət etməklə idarəetməni daha təkmilləşdirilmiş qaydada həyata keçirəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Onun sözlərinə görə, aqrar xidmətlərin elektronlaşdırılması da nəzərdə tutulur: “Aqrar Xidmətlər Agentliyi xidmətlərin vahid idarəetməsini həyata keçirəcək”.