“Barselona”nın yeni transferi Kevin-Prins Boatenq klubun saytına açıqlama verib.
Qanalı futbolçu ən böyük arzusunun Kataloniya təmsilçisində oynamaq olduğunu deyib:
“Çox şadam. Burda olmaqdan çox məmnunam. Bu, mənim üçün əla şansdır. Hər kəsin futbola başlayanda ən böyük arzusu “Barselona” kimi bir klubda oynamaq olur.
Xəyallarım reallaşdı. “Barselona” üçün əlimdən gələni edəcəm. Burda nəyə qadir olduğumu, nələri bacardığımı hamıya göstərəcəm”.
“Barselona” Kevin-Prins Boatenqi “Sassuolo”dan mövsümün sonuna qədər icarəyə götürüb.
komanda.az