Qorxmaz Hüseynov

Fərhad Çağtürk / AzEuroNews.com “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Şirvan regional su kanal idarəsinin rəis müavini Hamlet Hüseynovu tutduğu vəzifədən azad edib. AzEuroNews.com  olaraq ötən gün Şirvan şəhərində yerləşən 4 saylı regional su kanal idarəsində baş verən biyabırçılıqlardan məlumat vermişdik. Aldığımız məlumata görə, hələ ki, adı çəkilən idarədə Elşad Ağalarov və Seymur Nəzərov fəaliyyətlərini davam etdirirlər.

Bir qrup Şirvan sakinləri tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunda qeyd edilir ki, adı çəkilən şəxslər dövlət idarəsini şərikli obyektləri kimi işlədirlər.

Köçərli Həsənov

Elşad Ağalarov Qorxmaz Hüseynovun müavini Köçərli Həsənovun onu sonuna qədər müdafiə edəcəyi gələn məlumatlar sırasındadır. Sakinlər iddia edir ki, hal-hazırda Şirvanda əhali və qeyri əhaliyə su xətti çəkmək, sayğac satma kampaniyası gedir. Fərdi mənzillərə və həyətyanı evlərə 300 manatdan 500 manata qədər məbləğdə pul alıb su xəttləri çəkirlər. Obyektlərə isə, “Asan xidmət“ə getmədən 900 manatdan xəttlər çəkib sayğac quraşdırırlar. Vətəndaşları öz maraqlarına görə, “Asan xidmət“ə getməkdən yayındırırlar. 

Həmçinin oxu: Şirvan Regional Su İdarəsinin rəisi: “Mühəndisimizə qarşı hücum olub, barmağı sındırılıb”
Həmçinin oxu: Şirvan Regional Su İdarəsinin rəisi: “Mühəndisimizə qarşı hücum olub, barmağı sındırılıb”

Qeyd edək ki, ötən gün 4 Saylı Şirvan Regional Su Kanal İdarəsinin, Şirvan Su-Kanal sahəsinin sahə rəisi (Vəzifəsinin Müvəqüəti İcraçısı) Elşad Ağalarov sakinlərin şikayəti ilə bağlı redaksiyamıza məktub göndərmiş, barəsində deyilənlərə aydınlıq gətirmişdi.