Fatih Zingal

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyayda yaşayan türklər yeni siyasi partiya yaradıblar. AzEuroNews.com xəbər verir ki, Avropa Parlamenti seçkilərinə az bir müddət qala yaradılan partiyanın adı “Miqrantlar üçün Alternativ” (Alternative für Migranten) adlanır.

Almaniyada yaşayan türklərin qurduğu yeni partiyanın başqanı Fatih Zingaldır.

Partiyanın adı ilə bağlı danışan F.Zingal deyib ki, adı təsadüfən seçməyiblər. Onun sözlərinə görə, partiya Almaniyada səsini eşitdirə bilməyənlərin partiyası olaraq onların səsini eşitdirəcək .

Partiya başqanı son illər Almaniyada müsəlmanların xüsusilə miqrantların hər cür təzyiqə məruz qaldığını vurğulayıb: “Həmin insanların alan cəmiyyətindən təcrid edilməsinə göz yuma bilmərik. Almaniyanın inkişafına çox böyük dəstək verən bu insanlara ikinci sinif insan münasibəti göstərilə bilməz. Siyasətdə yetərincə təmsil olunmayan miqranların hesabına gündəmdə olan irqçi siyasətçilərin bundan sonrakı fəaliyyətlərinə qarşı olacağıq”.

Partiya başqanı vurğulayıb ki, Avropa Parlamentinə keçirilən seçkilərdə də iştirak etmək qərarı veriblər.