Markus Qanzerer

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın Bavariya Əyalətinin Parlament deputatı Markus Qanzerer cinsiyyətini dəyişərək qadın olub. AzEuroNews.com xəbər verir ki, beləcə Almaniyada Yaşıllar Partiyasından seçilən deputat M.Qanzerer cinsiyyətini dəyişən ilk alman deputat olub.  O, keçən həftə keçirilən mətbuat konfransında yeni adının Tessa olduğunu deyərək, bundan sonra parlamentə qadın kimi gələcəyini söyləyib.

Evli və iki uşağı olan deputat gerçək kimliyini 10 il sonra kəşf etdiyinə görə xoşbəxt olduğunu dilə gətirib. O. bildirib ki,  evdə qadın paltaları geyinirmiş və bunu əyləncə üçün yox istədiyi üçün edirmiş.

Məlumat üçün bildirək ki, Almaniyada cinsiyyətini dəyişdirmək istəyən şəxslər ən azı iki cərrahiyyə əməliyyatı keçirməlidirlər. Daha sonra adlarının dəyişdirilməsi prosesi var ki, bu da ən azı bir il çəkir. Deputatın yeni adı hələ rəsmən təsdiqlənmədiyindən o, parlamentdə hələlik əvvəlki Markus adı ilə iştirak edəcək.

Bavarya əyalət parlamentinin başqanı İllse Aiqner məsələ ilə bağlı açıqlamasında bildirib ki, Markusun cinsiyyət dəyişdirməsinin parlament üçün bir əhəmiyyəti yoxdur. O, jurnalistlərə açıqlamasında bildirib ki, insanların şəxsiyyəti onların cinsiyyətindən daha önəmlidir.