Fransanın paytaxtı Parisin simvollarından biri olan Eyfel qülləsi bağlanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, buna səbəb paytaxtda səhər saatlarından etibarən güclü yağışıdır.

Yalnız qüllənin birinci mərtəbəsindəki restoranın açıqdır.

Qeyd edək ki, hava şəraiti ilə bağlı 24 bölgədə 4 pilləli həyəcan şkalasının 3-cü səviyyəsi olan “narıncı həyəcan siqnalı” verilib.

Güclü qar yağışı Parisin də içində olduğu İl-de-Frans bölgəsində 150 avtobus xəttinin dayandırılmasına səbəb olub.