ABŞ-ın Mərkəzi Qərb bölgəsini cənginə alan güclü qar və şaxta indi də ölkənin şimal-şərqində müşahidə edilməkdədir.

Oxu.Az-ın xəbərinə görə, şaxta səbəbindən dünyanın ən böyük şəlalələrindən sayılan Niaqarada su donub.

Kanada tərəfindən şəlaləyə baş çəkən İnqe Qrut adlı “Instagram” istifadəçisi yazıb ki, Günəş yalnız 15 dəqiqə görünüb.

Qadın qeyd edib ki, hazırda bölgədə temperatur mənfi 25 dərəcəni göstərir.