Almaniyanın Duyesberq-Essen univeristetinin alimləri yeni kəşfə imza atıblar.Almaniyanın Duyesberq-Essen univeristetinin alimləri yeni kəşfə imza atıblar.

“Ölkə.Az” xəbər verir ki, alimlər insan sümüyündə bu günə qədər elmə məlum olmayan naməlum kiçik qan damarları şəbəkəsi kəşf ediblər. Bu damarlar bütün bədənə immunitet hüceyrələrini və qanı paylayır.

İmmunoloq Mattias Qunser məsələ ilə bağlı deyib: “Bu həqiqətən də çox gözlənilməz oldu. XXI əsrin heç bir dərsliyində yazılmayan yeni mərkəzi anatomik struktur kəşf etdik”.

Eksperiment vaxtı alimlər etilsinnamat adlı kimyəvi maddəni siçan sümüklərini daha şəffaf etmək üçün tətbiq ediblər. Bundan sonra isə mikroskop vasitəsilə bir neçə yüz kapilyar müşahidə ediblər.

Tədqiqatçıların fikrinə əsasən, siçanın bazu sümüyündə minlərlə belə damar var. Qeyd edilir ki, bu kəşf dərman və preparatların onurğaya inyeksiyası zamanı bütün orqanizmə necə yayılmasını izah edir.