2018-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282,0 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31,0 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3 faiz azalıb.

İl ərzində 1,303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub.