Kreml Sarayındakı mətbuat konfransından sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yola salıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanında yola salınma mərasimində Putinlə yanaşı, rusiyalı nümayəndə heyəti də iştirak edib.

Ərdoğan Moskvadan ayrılaraq Ankaraya yola düşüb.