Foto © Rudy and Peter Skitterians / pixabay.com
Foto © Rudy and Peter Skitterians / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyaya gələn qaçqınların sayında azalma müşahidə edilir. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin 2018-ci il üçün açıqladığı statistikaya görə, ötən il cəmi 185 853 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. Müraciət edənlərin sayı Almaniyanın Heidelberq şəhərinin əhalisi qədərdir.

Sığıacaq üçün müraciət edənlərin hər beşindən biri uşaq olub. Belə ki, ötən il Almaniyadan 32 min azyaşlı sığınacaq istəyib.

Ötən il Almaniyadan sığınacaq istəyənlərin sırasında yenə birinci yerdə Suriya vətəndaşları olublar. Onları İraq və Əfqanıstan vətəndaşları izləyiblər.

Onların çoxu Almaniyaya Balkan ölkələri, İtaliya və İspaniyadan keçməklə daxil olublar.