İspaniya “Real Madrid”inin futbolçusu İsko Alarkon cari mövsümün sonunda klubdan ayrıla bilər.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, Santyaqo Solarinin baş məşqçi postunda qalacağı təqdirdə, 27 yaşlı yarımmüdafiəçi rəhbərlikdən başqa kluba transfer olunmasını istəyəcək. Onun 43 yaşlı mütəxəssislə münasibətlərinin yaxşı olmadığı iddia olunur.

Qeyd edək ki, İskonun “Real Madrid”lə 2022-ci ilin yayına qədər müqaviləsi mövcuddur. İspaniya millisinin də şərəfini qoruyan oyunçu cari mövsüm La Liqada 14 oyunda meydanda olub, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi ilə İtaliyanın “Yuventus”, İnter” İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klubları maraqlanır.