Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Adolf Hitlerin çəkdiyi rəsmlər Almaniyada auksiona çıxarılıb. AzEuroNews.com xəbər verir ki, Nasist Almaniyasının lideri Adolf Hitlerin peysaj janrında çəkdiyi 3 rəsmi Berlində təşkil olunan bir auksionda müştərilərə təqdim olunub. „Rheinlandschaft“, „Alpenlandschaft“ və „Niederthal, Vent“  adlı rəsm əsərləri 1907-1911-ci illərə aiddir. Hər üçün rəsmdə Adolf Hitlerin imzası var.

Güman edilir ki, o bu rəsm əsəslərini Vyana Sənət Akademiyasından oxuyarkən çəkib. Hər üç rəsm auksionda alıcılara 4 min avrodan başlayan qiymətlə təklif olunub.

Foto ©  bz-berlin.de / kloss