Bu gün Abşeron rayonunun Məhəmmədi qəsəbəsinə elektrik enerjisinin təhcizatında  məhdudiyyətlər olacaq.

Bu barədə Modern.az-a “Azərişıq”ASC-dən məlumat verilib.

Bildirilir ki, buna səbəb Bağlar Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik verilişi xətlərinin əlaqələndirilməsinin yenidən qurulmasıdır.

Bununla əlaqədar bu gün saat 11:00-dan 14:30-a qədər Məhəmmədi qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.