“Xiaomi” şirkətinin həmtəsisçisi və prezidenti Lin Bin, şirkətin ilk əyilə bilən smartfon modelinin əks olunduğu videonu paylaşıb.

AzEuroNews.com “Technote”yə istinadən xəbər verir ki, yeni smartfon modeli xarici görünüşcə bir qədər futuristik görünür. Onun ekranının ətrafında maksimal dərəcədə nazik çərçivələr var. “Samsung Galaxy F”dən fərqli olaraq smartfon tərəfdən də əyilə bilir. Cihaz böyük planşetdən bir əldə tutmaq üçün kompakt smartfona çevrilir.

Lin Bin-in sözlərinə əsasən bu hələki prototip modeldir. Lakin çox güman ki, final versiyası da bu cür görünəcək. Cihazın adının “Dual Flex” və ya “Mi Flex” ola biləcəyi vurğulanıb.

Smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur.