Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitir. Tədris ilinin birinci yarısı 15 sentyabr – 26 yanvar, ikinci yarısı isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.