Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Almaniyada kim nə qədər maaş alır?


 

Fərhad Çağtürk / AzEuroNews.com Almaniya işçiyə ən çox maaş verən Avropa ölkələrinin sırasında öndə gəlir.  AzEuroNews.com xəbər verir ki, buna baxmayaraq bu ölkədə vergi və tibbi siğorta kimi işçilərin maaşından tutulan məbləğ də həddindən artıq çoxdur.

Almaniyanın nüfuzlu “Bild” qəzetinin xəbərinə görə, Almaniya ötən il qeyri-qanuni işləyən işçilərin hesabına təxminən 300 milyard avro itirib.

  • Bəs Almaniyada kim nə qədər maaş alır?

Almaniyada ən çox məvacib alanlar maşınqayırma sənayesində çalışan mühəndislərdir. Onlar bir saat iş üçün təxminən 27,14 avro, aylıq 4342 avro maaş alırlar.

Onların aylıq 3629 avro maaşla siğorta satıcıları izləyir. Almaniyada siğorta satıcılarının bir saat üçün aldıqları məvacib 22,68 avrodur.

Almaniyda hava yolları şirkətlərində çalışan təhlükəsizlik xidmətinin əməkdaşları bir saat üçün 20 avro, aylıq 3200 avro məvacib alırlar.

Sonrakı pillədə uşaq bağçalarında çalışan uşaq baxıcıları gəlir. Onlara bir saata üçün 18,91 avro, aylıq 3026 avro ödənir.

Tibb bacıları da az maaş almırlar. Belə ki, Almaniyada bir tibb bacısı aylıq 3005 avro alır. Onlara bir saat iş üçün 18,78 avro ödənilir.

Yanğınsöndürən bir saat üçün 18,78 avro, aylıq 3005 avro məvacib alır.

Qocalar evində çalışan baxıcılara bir saat üçün 18,45 avro, aylıq 2952 avro məvacib ödəyir.

Almaniyada bir avtomobil servisində çalışan işçinin maaşı aylıq 2941 avro, bir saat üçün 18,38 avro təşkil edir.

Almaniyada bir zibil yığan bir saat işə görə 17,65 avro, aylıq 2824 avro məvacib alır.

Polis əməkdaşlarının maaşı isə, zibil yığanlardan azdır. Belə ki, bir polis əməkdaşı bir saat üçün 17,47 avro, aylıq isə, 2795 avro maaş alır.

Almaniyada bir çörəkçinin bir saat işə görə aldığı məbləğ 15, 49 avrodur. Bu peşənin sahibləri aylıq təxminən 2478 avro məvacib alırlar.

Tikinti işçiləri bir saata görə 15,18, aylıq 2429 avro maaş alırlar.

Almaniyada qadın və kişi bərbərləri bir saata görə 13,99 avro, aylıq 2238 avro maaş alırlar.

Anbardarların maaşı bir saata görə 13,99 avro, aylıq 2238 avro təşkil edir.

Poçtda və paket çatıdırlması şirkətlərində çalışanların bir saat üçün aldıqları 13,62 avro, aylıq 2179 avrodur.

Otellərə müştəri cəlb edən vasitəçilərin bir saat üçün aldıqları məvacib 13,14  avro, aylıq isə, 2102 avrodur.

Şəxsi mühafizə işində çalışanlar bir saata görə 13,12 avro, aylıq 2099 avro alırlar.

Marketlərdə ərzaq məhsulları şöbəsində çalışanlar bir saat üçün 12,12 avro, aylıq 1939 avro maaş alırlar.

Nəhayət çağrı mərkəzlərində çalışanlar bir saata görə 10,91, aylıq 1746 avro məvacib alırlar.