Fikrət Hüseynli / Facebook statusu ➤ Bəzən deyirik vətən həsrəti, Qarabağ dərdi çəkirik. Amma evimizi tərk edəndə itimizi, pişiyimizi o yerlərdə buraxıb çıxırıq. Son illər də ölkədən sürətlənən miqrasiya prosesi isə onu göstərir ki, şəhərlisi də, kəndlisi də, bakılısı, ağdamlısı da əslində, eyni xarakterə malikdi istiqanlı azərbaycanlıların.
Lakin soyuq Avropada soyuq insanların bir çoxunun xarakteri başqadır. Heyvanlarına qarşı çox vəfalıdırlar. Bu gördüyünüz fotodakı qəbir hazırda yaşadığım məhlədəki bir pişiyin məzarıdır. Pişik uzun illər hər gün sahibini işə yola salar, gələnə qədər dayanacaqda gözləyər, onunla birlikdə evə qayıdardı. Günün birində sahibi geri dönəndə pişiyini ölmüş görür və öldüyü yerə də – dayanacağın yanına basdırır.

Ancaq üzərindən çox keçməmiş pişiyinin həsrətinə dözə bilməyən qonşu xanım infarkt keçirərək dünyasını dəyişir. Öləndə də vəsiyyət edir ki, yandırıb külünü pişiyinin qəbrinin yanında qoysunlar. O ağacdakı gördüyünüz şəkil həmin xanımın şəklidir. Qabın içindəki də külüdür. Sevgi, həsrət belə olar arkadaş.
Bizlər isə 26 ildə nəinki torpaqlarımızın, heç it-pişiyimizin dalınca da getmədik. Vur-tut 3 nəfər getdi ki, onun da birini öldürüb, ikisini də – Dilqəmlə Şahbazı əsir götürdülər. Heç onların dalınca da getmədik. Dalınca getdiyimiz bir parça çörək idi ki, o da yavaş-yavaş qəhətə çəkilir.
Pişik və onun sahibəsinin ruhuna ehtiramla.