Naqif Həmzəyev
Naqif Həmzəyev

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

AzEuroNews.com xəbər verir ki,  AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nin yenidən vitse-prezidentləri seçiliblər, Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

Ülviyya Ağayeva
Ülviyya Ağayeva

Qənirə Paşayeva
Qənirə Paşayeva

Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.