AzEuroNews.com  Milli Məclisin deputatı Adil Əliyev aprel döyüşlərində yaralanan qazi Hikmət Məmmədovun ağır xəstəlikdən əziyyət çəkən ailə üzvlərindən birinin əməliyyat xərclərini öz üzərinə götürüb.

AzEuroNews.com xəbər verir ki, bu barədə H.Məmmədov özü məlumat verib.

Hikmət Məmmədov və Adil Əliyev
Hikmət Məmmədov və Adil Əliyev

“Ailə üzvlərimdən əməliyyata ehtiyyacı olan var idi. Bu məsələni müəyyən şəxslər bilirdi. Dünən həkim Əli müəllim zəng elədi ki, əməliyyatın xərclərini millət vəkili Adil Əliyev öz üzərinə götürüb. Adil müəllimə bizə göstərdiyi diqqətə görə dərin təşəkkürümü bildirirəm. Üzr istəyirəm, ondan xəbərsiz paylaşdığım üçün. Amma hər kəs qazisinə, şəhid ailəsinə diqqət, göstərən millət vəkilini də tanımalıdır. Bu cür millət vəkilləri barmaqla göstərmək olar. Digərləri də qazilərimizlə və şəhid ailələri ilə maraqlansalar, heç birimizin problemi olmaz. Hər zaman güc birlikdədir. Tək əldən səs çıxmaz. Dostlar dualarınızı səirgəməyin” – deyə, qazi Hikmət Məmmədov sosial şəbəkədəki hesabında qeyd edib.

Qeyd edək ki, kapitan Hikmət Məmmədov aprel döyüşlərində ağır yaralanmışdı.