Əfsanəvi futbolçu Dieqo Maradona 6 ilədək münasibətdə olduğu keçmiş sevgilisi Rosio Olivanı məhkəməyə verəcək.

“Report”un məlumatına görə, bu barədə argentinalı sabiq hücumçunun özü “La Red” şousunda bildirib. O, Olivaya aldığı mənzildən qovulması ilə barışmayacağını açıqlayıb: “Mən heç vaxt qadına əl qaldırmamışam. Amma həmin vaxt onun başını üzmək istəyirdim. Rosio münasibətlərimizin gizli qalması barədə razılaşmaya imza atmışdı. Sonradan isə dilini dinc qoymadı. Artıq vəkilimə zəng etmişəm və sonadək getmək niyyətindəyəm. O, indi mənim pullarımla istirahət edir və evimdə qalır. Bağışlayın, mən Şaxta baba deyiləm ki, hədiyyələr paylayım. Əksinə, hər şeyimi qaytarmaq fikrindəyəm”.

Maradona Olivaya sevgisinin birdəfəlik öldüyünü də diqqətə çatdırıb.