Avropa ölkələri İspaniya, Fransa, Almaniya, Böyük Britaniya və Hollandiya Venesuela prezidenti Nikolas Maduroya ultimatum göndəriblər.

“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Maduroya yeni seçkilərin vaxtını açıqlaması üçün 8 gün vaxt veriblər. Əks təqdirdə Quaidonu müvəqqəti prezident kimi tanıyacaqlarını və onun seçkilərin vaxtını təyin edəcəyini bildiriblər.

“Onların (prezident Maduro hökumətinin-red) seçkilərin keçirilməsi ilə bağlı bəyanat verməsi üçün 8 günləri var. Seçimlər 6-9-12 ay ərzində baş tuta bilər”,-deyə X.Quaido Karakasda mitinqdə jurnalistlərə deyib.

Qeyd edək ki, Venesuela Milli Assambleyasının spikeri Xuan Quaido özünü prezident elan edib. Başda ABŞ olmaqla bir sıra dünya ölkələri isə artıq onu prezident kimi tanıyıblar.