PKK terrorçuları Türkiyənin İraqın şimalındakı hərbi bazasına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin məlumatında deyilir:

“İraqın şimalındakı hərbi bazamıza PKK terrorçularının provokasiyası nəticəsində hücum edilib. Hücum zamanı bir neçə nəqliyyat vasitəsinə və texnikaya ziyan dəyib. Lazımi tədbirlər görülür”.