Fərhad Çağtürk / AzEuroNews.com / Frankfurt PKK  terror təşkilatının bir qrup tərəfdarı Almaniyada yürüş mitinqi keçirib. AzEuroNews.com xəbər verir ki, Frankfurt şəhərində baş tutan yürüş aksiyası əvvəlcədən razılaşdırılıb.

İcazəsli yürüş mitinqində Türkiyə əleyhinə və “Terrorçu Ərdoğan” kimi şüarlar səsləndirilib.

Onlar eyni zamanda PKK lideri Abdullah Öcalanın və digər kürd məhbusların azad olunmasını tələb ediblər.

Almaniyada PKK-nın fəaliyyəti və təbliği qadağan olunsa da, belə bir aksiyaya icazə verilməsi təəcüb doğurub.

Məlumat üçün qeyd edək ki, PKK tərəfdarlarının Frankfurtda keçirdiyi sonuncu aksiyada Türkiyə bayraqları yandırılmışdı.