Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyada kirayə evlərin qiyməti qalxıb. AzEuroNews.com xəbər verir ki, təkcə bir ildə kirayə evlərin qiymətində 13 % artım müşahidə edilib.  Hazırda Almaniyada ən baha kirayə evlər paytaxt Berlindədir. Son bir ildə Berlində kirayə evlərin qiyməti 13 % artıb. Belə ki, hazırda bu şəhərdə evin bir kvadrat metri 11.70 avroya təklif olunur. Berlin əcnəbilərin ən çox maraq göstərdiyi alman şəhəri kimi tanınır. Belə ki, təxmini hesablamalara görə, hər il bu şəhərə 40 min insan köçür. Eyni zamanda Almaniyaya gəlib ev alıb öz ölkəsinə qayıdanlar həmin evləri kirayə vermədiklərindən kirayə mənzil bazarında qıtlıq olur və bu da öz növbəsində qiymətlərə təsir edir.

Kirayə evlərin baha olduğu alman şəhərind biri Heydelberqdir. 147 min əhalisi olan bu şəhərdə mənzillərin bir kvadrat metri 12 avrodan təklif olunur. Əvvəlki illə müqayisədə 13 % qiymət artımı müşahidə edilir.

Münxendə kirayə evlər isə olduqca bahadər. Bu şəhərdə mənzillərin bir kvadrat metri 18.10 avrodan təklif olunur. Əvvəlki illə müqayisədə bu şəhərin mənzil bazarında 6 % bahalaşma müşahidə edilir.  90 kvadrat metr bir mənzil kirayələmək istəyən istismar xərcləri və mənzilin isidilməsi ilə birgə ayda 1900 avro ödəməlidir.

Berqiş Qladbax şəhərində kvadratı 8.70 avroya mənzil tapmaq mümkündür. Bu şəhərin mənzil bazarında əvvəlki illə müqayisədə 1 % ucuzlaşma qeydə alınıb.

Xemnitzdə mənzillərin kvadratı 5 avrodan təklif olunur. Bu şəhərdə son bir ildə artım müşahidə edilməyib. Əhalisinin çoxu irqçi olan bu şəhərdən köçən əcəbilərin sayında isə artım müşahidə edilib.

Həmvətənlərimizin yaşamaq üçün üstünlük verdikləri Düsseldorfda kvadratı 10.40 avroya, Dortmuntda 7 avroya, Duisburqda 6 avroya, Essendə 6.90 avroya, Kölndə 10.90 avroya və Bonnda 9.70 avroya mənzil tapmaq mümkündür.