İsrailin baş naziri Binyamin Netanyahu Xuan Quaydonu Venesuelanın rəhbəri kimi tanıyıb.

“Report” xəbər verir ki, bu barədə baş nazirin “Twitter” səhifəsində bildirilib.

“İsrail Venesuelanın yeni rəhbərliyinin tanınmasında ABŞ-a Kanadaya və Latın Amerikası ölkələrinin əksəriyyətinə qoşulur”, – deyə xəbərdə bildirilir.

Daha əvvəl Netanyahu bildirib ki, İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır.