İspaniya “Real Madrid” klubunun fransız hücumçusu Kerim Benzema komandanın 2018/2019-cu il mövsümündəki bütün rəsmi matçlarında ən sürətli qolunun müəllifi olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu haqda “Opta Sports”un “Twitter”in sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.

Məlumata görə, İspaniya çempionatının 21-ci turunda “Espanyol”la matçda Kərim start fitindən 187 saniyə sonra fərqlənməyi bacarıb. “Real” 4:1 hesablı qələbəni bayram edib. Benzema özü dubl edib.

Daha əvvəl bildirilirdi ki, Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib.