“Eurovision 2019” yarışması üçün Azərbaycanı təmsil edəcək finalçıların adları bəlli olub.

Axşam.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi “Infe Azerbaijan” məlumat verib.

Bildirilir ki, komandanın səsverməsi üçün 2 xanım, 2 bəy ifaçı seçilib. Onlardan Çingiz Mustafayev, Samirə Əfəndi və Tofiq Hacıyevin adı bəlli olsa da, ikinci xanım iştirakçının ismi bəlli deyil.

Qeyd edək ki, “Eurovision”un rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin xüsusi komitəsinin qərarı ilə məhz bu dörd ifaçıdan biri Azərbaycanın təmsilçisi olacaq.