“Gürcüstanda hakimiyyəti 72 saat ərzində dəyişməyə hazıram”.

Modern.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalına açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Mən 3 sutka ərzində elə edə bilərəm ki, “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili həmişəlik yox ola bilər”.

 

O bunun üçün ölkə müxalifətinin və ictimaiyyətinin onun təhlükəsizliyini 72 saatlıq təmin etməsini istəyib.