Bəzən hətta yaxşı gigiyena pis bədən qoxusundan xilas etmir.
Pis bədən qoxusu ilə mübarizədə müxtəlif dezodorant, antiperspirant, xüsusi ayaq spreyləri və s. vasitələr istifadə olunur. Lakin bir çox təbii vasitələr də bu işdə yaxşı kömək edir. Həmçinin bu vasitələr ucuz və tam ziyansızdır.
AzEuroNews.com saglamolun.az-a istinadən belə təbii vasitələri təqdim edir:
1. Alma sirkəsi
Alma sirkəsi dəriyə yaxşı antiseptik təsir edir. Bu əsl təbii dezodorantdır. Sirkəyə pambıq batırıb qollarınızın altına, ayaqlara çəkin və 10-15 dəqiqədən sonra yuyun.
Həmçinin alma sirkəsi göbələk əleyhinə də təsir edir. Bir çox hallarda məhz göbələk pis ayaq qoxusuna səbəb olur.
2. Soda
Dərini quru saxlayır, mikrobların və göbələklərin artmasının qarşısını alır.
Adi talk (“prisipka”) kimi dəriyə (ayaq pəncələrinə, ayaq barmaqları arasına, qoltuğaltı nahiyələrə) səpin.
3. Limon
Limon dilimlərini dəriyə sürtün, quruyanda su ilə yuyun.
4. Çay
Çay büzücü maddələrlə zəngindir. Bu maddələr tərləməni azaldır. Artıq qalan çay dəmində pambıq disklərini isladın və problemli zonalara çəkin.