Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyada bir müddətdir müzakirə olunan avtobanlarda sürət limiti ilə bağlı qərar verilib. AzEuroNews.com xəbər verir ki, bir neçə aydır ölkə ərazisindəki avtobanlarda sürət həddinin 130 km /s olması ilə bağlı qərara baxılıb.

Alman Buntestaqında baş verən müzakirələr zamanı avtobanlarda sürət limitinin tətbiq olunmasını təkcə Yaşıllar Partiyası istəyib.

Partiyanı təmsilçiləri müzakirələr zamanı bildiriblər ki, hazırda Qərbi Avropa ölkələrində Almaniyadan başqa 130 km /s sürət həddi var.

Hökumət sözcüsü Stefan Zaybert ölkə ərazisindəki avtobanlarda 130 km /s-lıq sürət həddinin tətbiq olunmasının Almaniya gündəmi ola bilməyəcəyini deyərək hələlik bu məsələnin müzakirəsini ertələyib.